UEFA Avropa Liqasında 1/8 final mərhələsi davam edir.

Gecənin ən maraqla gözlənən qarşılaşmalarından biri Nou Kamp Stadionunda keçirilib. Meydan sahibi “Barselona” İstanbulun “Qalatasaray” klubu ilə üz-üzə gəlib. Qarşılaşma əsasən Kataloniyalıların üstünlüyü şəraitində keçib. “Barselona” futbolçuları bir neçə epizodda Türkiyə klubunun qapısı önündə təhlükəli vəziyyət yaratsa da, müdafiəçilərin inamlı oyunu Xavi Ernandesin komandasının istəyinə mane olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Paralel qarşılaşmada “Atalanta” doğma meydanda “Bayer” Leverkuzenlə görüşüb. Qarşılaşmaya meydan sahibləri yaxşı başlasalar da, buna baxmayaraq hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə Çarles Aranqis dəqiq oynayıb. Çox keçmədən “Atalanta” futbolçuları geri dönüş ediblər. Əvvəlcə 23-cü dəqiqədə Ruslan Malinovski, az sonra isə Luis Muriel “Bayer”in qapısına yol taparaq “Atalanta”nı hesabda irəli çıxarıblar. 2:1. Fasilədən sonra azarkeşlər daha iki qol izləyiblər. 49-cu dəqiqədə Muriel dublunu rəsmiləşdirib. 63-cü dəqiqədə Mussa Diabi hesab arasındakı fərqi minimuma endirsə də bu, heç nəyi dəyişməyib. “Atalanta” – “Bayer” 3:2.